​Apreldə BTC kəməri ilə 2,3 mln. ton Azərbaycan nefti nəql olunub

​Apreldə BTC kəməri ilə 2,3 mln. ton Azərbaycan nefti nəql olunub İndiyədək BTC kəmərinə ümumilikdə 273,4 mln. ton neft vurulub
Energetika
7 May , 2015 17:31
​Apreldə BTC kəməri ilə 2,3 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. 7 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 337,542 min ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,36% azdır.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 559,744 min ton neft ötürülüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mayın 1-ə qədər BTC-yə 273,4 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin aprel ayında BTC kəməri ilə 233,718 min ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, 2014-cü ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 470,065 min ton Azərbaycan nefti nəql olunub. Ötən ilin yanvar-aprel aylarında bu kəmərlə 9 474,129 min ton neft ötürülüb.

Son xəbərlər

Orphus sistemi