Yuxarı
    Bağlamaq

    API: ABŞ-da neft ehtiyatları azalıb, benzin ehtiyatları isə artıb

    Bu gün EIA-nın açıqlamaları gözlənilir

    Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 10-16 iyun həftəsində 2,72 mln. barel azalıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Analitiklər neft ehtiyatlarının 2,1 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 0,346 mln. barel artıb.

    Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyunun 21-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,25 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

    "Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti Liviyada neft hasilatının artması xəbəri ilə düşməyə başlayıb və hazırda 46 dollar/barelə yaxın qiymətə satılır. OPEC təşkilatının may ayında keçirdiyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzadılması qərarından bazar iştirakçılarının məmnun olmaması amili, indi isə ABŞ-da neft ehtiyatları və hasilatın artması xəbərləri nefti ucuzlaşdırmağa başlayıb. Bu səbəbdən, neft qiymətlərinin ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi