Yuxarı

Antipinsk zavodunun işçilərinə əmək haqqları verilib

​Antipinsk zavodunda əmək haqqları verilib

Antipinsk Neft Emalı Zavodundakı çətin vəziyyətə baxmayaq ötən gün əmək haqqları verilib.

“Report” xəbər verir ki, bu barədə müəssisədən bildirilib.

Əmək haqqı ilə bağlı vəziyyət “Promsvyazbank”ın (PSB) iddiası ilə müəssisənin bütün hesablarının bloklanmasından sonra çətinləşmişdi. Müəssisə tam olaraq fəaliyyətinin dayandırılması təhlükəsi ilə üzləşmişdi: Avadanlıqların, nəqliyyatın təmirini və zavod üçün lazım olan digər xidmətləri də ödəmək mümkün olmayıb. PSB Bank qarşısında çoxmilyardlı borc zavodda “Novoy potok” qrupunun kreditlərinə zaminlik öhdəliyi götürdükdən sonra yaranıb. Hazırda isə bu müəssisənin heç bir aidiyyatı yoxdur. Zaminlik barədə daha əvvəlki İdarə Heyətinin rəhbərləri, hazırda instintaq nəzarətində olan Dmitri Mazurov və Gennadi Lisoviçenko qərar qəbul ediblər.

Hazırda işçilərlə görüşlər keçirilir, vəziyyət barədə məlumat verilir, o cümlədən hesabların dondurulması səbəbləri izah olunur.

Zavodun rəhbərliyi Həmkarlıq ittifaqı ilə birgə zavodun stabil işi üçün əlindən gələni edir.

Hazırda müəssisənin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı nəzərdə tutan bir sıra kompleks prioritet tədbirlər həyata keçirilir.

Faktiki olaraq neftin qəbulu avqust ayında iyul ayındakı 199 904 tondan 713 190 tona qədər artıb. Bu müddətdə neftin emalı isə 2,5 dəfə artaraq 188 057 tondan 497 266 tona çatdırılıb. LPG, Aİ-92 markalı benzin və Avro-5 standartına uyğun istehsal edilən dizel yanacağının regional bazarlara daşınması bərpa edilib.

Ümumilikdə, iyul ayı ilə müqayisədə avqust ayında daxili bazara göndərilən Aİ-92 markalı benzinin həcmi 2 245 ton, dizel yanacağının həcmi 11 229 ton artıb.

"Neftkimyaemal İnstitutu" tərəfindən Zavodun avadanlıqlarının və materiallarının texniki auditi aparılıb və ilkin hesabat qəbul edilib.

Avqustun 5-də Avro-5 standartına uyğun dizel yanacağının Antipinsk zavodundan “Transneft”in magistral neft məhsulları sisteminə verilməsinə başlanılıb. Avqustun 28-i tarixinə 156 004 ton neft məhsulları tədarük edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi