"Anglo-Asian Mining” bu il üçün hasilat proqnozlarını açıqladı

"Anglo-Asian Mining” bu il üçün hasilat proqnozlarını açıqladı 2020-ci maliyyə ilində şirkətin bu sahədə faktiki istehsalı 67 249 unsiya təşkil edir
Energetika
16 Aprel , 2021 15:06
Anglo-Asian Mining” bu il üçün hasilat proqnozlarını açıqladı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün “Gədəbəy” müqavilə ərazisi ilə bağlı proqnozunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, 2021-ci maliyyə ili üçün 48 min – 54 min unsiya qızıl hasilatı nəzərdə tutulur. Şirkətin 2020-ci maliyyə ilində faktiki qızıl hasilatı 56 864 unsiya təşkil edib.

Şirkət 2021-ci maliyyə ili üçün 2 500-2800 ton misin hasil ediləcəyini proqnozlaşdırır. Belə ki, 2020-ci maliyyə ilində şirkətin faktiki mis hasilatı 2 591 ton təşkil edib. Proqnozlaşdırılan istehsal 2021-ci il ərzində yeni bərpa olunan müqavilə sahələrindən hasilatı nəzərdə tutmur.

"Anglo-Asian Mining Plc." şirkəti hesab edir ki, 2021-ci maliyyə ili üçün 64 000-72 000 unsiya arasında ümumi qiymətli metal hasilatı mümkün olacaq. Qeyd edək ki, 2020-ci maliyyə ilində şirkətin bu sahədə faktiki istehsalı 67 249 unsiya təşkil edir.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi