Anar Məmmədov: “Türkiyədə neft-kimya sənayesində böyük imkanlar görürük”

Anar Məmmədov: “Türkiyədə neft-kimya sənayesində böyük imkanlar görürük” Koronavirusun energetika sahəsinə vurduğu zərərlər açıqlanıb
Energetika
24 Mart , 2021 17:51
Anar Məmmədov: “Türkiyədə neft-kimya sənayesində böyük imkanlar görürük”
Anar Məmmədov

"Koronavirus pandemiyasından ən çox zərər görən sahələrdən biri energetika sektorudur".

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən Uludağ İqtisadi Zirvəsinin “Enerjidə yeni tarazlıqlar” sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarixdə bu cür böhran yaşanmayıb: “Təchizat zəncirləri qırılıb, neft emalı zavodları istehsalı azaldıb. Pandemiya energetika sektoruna mənfi təsir göstərib”.

A.Məmmədov deyir ki, lakin bu dövrdə tibbi maskalar da daxil olmaqla bir çox material istehsalında istifadə edilən neft-kimya məhsullarının önəmi artıb. Bu vəziyyət müştərilərimizin ehtiyaclarını ödəmək üçün fərqli perspektivləri inkişaf etdirməyimizə səbəb olub”.

O qeyd edib ki, məsələn, təyyarə yanacağına tələb maksimum azalanda, onun istehsalı 100 faiz dizelə çevrilib: “Çünki Türkiyədə bu sahədə böyük boşluq var idi. Burada STAR Neft Emal Zavodu inteqrasiyasının böyük faydasını gördük. STAR və “Petkim” inteqrasiyası ilə istehsalı keçən ilki səviyyədə saxladıq”.

Şirkət rəhbəri vurğulayıb ki, neft-kimya sənayesində böyük imkanlar görür: “Türkiyə bu sahədə çox böyük və önəmli bir bazardır”.

.

Son xəbərlər

Orphus sistemi