Anar Məmmədov: "SOCAR-ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir"

Anar Məmmədov: "SOCAR-ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin BP şirkəti ilə birgə həyata keçirməli olduğu yeni neft-kimya layihəsi olan "Mercury" hazırda tamamilə dayandırılıb, lakin bazar şərtlərindən asılı olaraq başqa
Energetika
12 May , 2023 12:37
Anar Məmmədov: SOCAR-ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir
Anar Məmmədov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin BP şirkəti ilə birgə həyata keçirməli olduğu yeni neft-kimya layihəsi olan "Mercury" hazırda tamamilə dayandırılıb, lakin bazar şərtlərindən asılı olaraq başqa bir şirkətlə davam etdirilə bilər.

"Report"un Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu layihənin dayandırılmasının iki səbəbi var: "Bunun ilk səbəi BP şirkətinin ümumilikdə bütün dünyada neft-kimya istehsalına yatırımların dayandırması ilə bağlı qərar verməsi olub".

A.Məmmədov deyir ki, bunun ikinci səbəbi isə neft-kimya istehsalı sahəsində bazar şərtlərinin dəyişməsidir: "5 il əvvəl olan bazar şərtləri bu gün artıq uyğun gəlmir. Amma bu o demək deyil ki, bu layihə bizim gündəmdən çıxıb. Bu layihə yenə də bizim üçün gündəmdir. Bazar şətləri uyğun olarsa, biz bu layihəni başqa bir şirkətlə davam etdirəcəyik".

SOCAR rəsmisinin sözlərinə görə, bu gün neft-kimya SOCAR-ın əsas strategiyasında önəmli yer tutur: "Neft-kimyanı və neft-kimya məhsullarının əvəz edəcək məhsul hələki yoxdur. Bu səbəbdən də bu layihə hər zaman bizim üçün gündədmdə olacaq".

Son xəbərlər

Orphus sistemi