Yuxarı

Analitiklər neftin qiymətində yeni psixoloji həddi açıqlayıblar

Neftin qiyməti 5 illlik minimuma düşüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti beşillik minimuma enib və artıq təxminən 66 dollar/barel həddinə çatıb. "Report"un verdiyi xəbərə görə, "Barclays" bankının analitikləri növbəti psixoloji həddi açıqlayıblar. Onların fikrincə, əgər "Brent" markalı neftin qiyməti 63,7 dolllar/barelə qədər düşərsə, dünya bazarında qiymətlərin yeni enmə mərhələsi başlayacaq. Qeyd edək ki, dekabrın əvvəlində Britaniya bankı 2015-ci il üçün orta qiymətlə bağlı proqnozunu 93 dollardan 73 dollara qədər azaldıb.

"Fitch" agentliyi isə bu tutqun proqznozlara müsbət baxır. Agentliyin ekspertləri hesab edirlər ki, neftin ucuzlaşması qarşıdakı iki ildə dünya iqtisadiyyatının inkişafını sürətləndirir. Katirovkaların 20% enməsi dünya iqtisadiyyatının 3% artması ilə nəticələnəcək. "Fitch"in proqnozuna əsasən, gələn il "Brent" markalı neftin qiyməti 83 dollar/barel təşkil edəcək.

Analitiklərin fikrincə, neftin qiymətində qısamüddətli dəyişiklik gözlənilir. Onlar bunu müqavilələrin sayında azalma fonunda artan qiymət dəyişkənliyi ilə izah edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi