Analitiklər gələn il neftin qiymətinin 75 dollar/barel olacağını proqnozlaşdırır

Analitiklər gələn il neftin qiymətinin 75 dollar/barel olacağını proqnozlaşdırır Bakı. 23 noyabr. REPORT.AZ/ 2019-cu ildə “Brent” markalı neftin orta qiymətinin 75,50 dollar/barel olacağı proqnozlaşdırılır.
Energetika
23 Noyabr , 2018 16:11
Analitiklər gələn il neftin qiymətinin 75 dollar/barel olacağını proqnozlaşdırır

Bakı. 23 noyabr. REPORT.AZ/ 2019-cu ildə “Brent” markalı neftin orta qiymətinin 75,50 dollar/barel olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Platts”ın hazırladığı materialda qeyd edilib.

Aparıcı banklar və neft brokerlərinin proqnozuna əsasən, hazırlanan məqalədə bildirilib ki, oktyabr ayında isə bu markalı neftin orta illik qiymətinin 78,51 dollar/barel olacağı proqnozlaşdırılırdı.

Yeni proqnoza əsasən, “Brent” neftinin 2018-ci il üzrə orta illik qiyməti 73,91 dollar/barel olacaq.

Daha əvvəlki proqnozlarda 73,26 dollar/barel, ötən ayın proqnozunda isə 74,40 dollar/barel rəqəmi qeyd olunmuşdu.

Bu markalı neftin qiyməti bu ilin oktyabrın 3-də 4 illik maksimuma - 86 dollar/barelə çatdıqdan sonra sürətlə düşməyə başlayıb və 25% ucuzlaşıb. Ucuzlaşmaya səbəb kimi, ABŞ-ın şist neft hasilatının gözləntilərdən fərqli olması, Səudiyyə Ərəbistanı və Rusiyanın ixracı artırması, ABŞ-ın İran neftini alanlara qarşı sanksiyasında 8 ölkənin istisna edilməsi faktorları göstərilir. Bundan başqa, Liviya və İraqın gözlənildiyindən çox neft hasil etməsi və Venesuelanın neft bazarının gözlənildiyinin əksinə olaraq dağılmaması da nefti ucuzlaşdıran faktorlar hesab edilir.

Qeyd edilib ki, lakin OPEC və qeyri-OPEC üzvləri dekabrın 6-da Vyanada keçiriləcək növbəti görüşdə bazarı möhkəmləndirmək üçün hasilatın azalmasını bərpa etmək niyyətindədirlər. Buna görə də bazar araşdırmaçıları gələn ildən qiymətlərin artacağına inanırlar. 

Son xəbərlər

Orphus sistemi