Yuxarı

​Amerika nefti 2% bahalaşıb

Brentin qiyməti isə 58 dollar/bareli keçib

Bakı. 10 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,21% yaxud 1,17 dollar artaraq 52,86 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,93% və ya 0,54 dollar bahalaşaraq 58,34 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi