Azərbaycanda alternativ enerji ilə bağlı yeni layihənin icrasına başlanılıb

Azərbaycanda alternativ enerji ilə bağlı yeni layihənin icrasına başlanılıb
Energetika
28 Noyabr , 2019 15:14
Azərbaycanda alternativ enerji ilə bağlı yeni layihənin icrasına başlanılıb

Azərbaycanda “Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” üzrə layihənin icrasına başlanılıb.

“Report”un məlumatına görə, bu barədə Energetika nazirinin müavini Samir Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Energetika Nazirliyinin layihə ilə bağlı elan etdiyi tenderin qalibi və layihənin icraçısı Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) tabeliyindəki “Azalternativenerji” MMC olub: “Bu səbəbdən bu gün şirkət yeni layihənin ilkin seminarını keçirir”.

Seminarda qazlaşdırılmamış kəndlərin enerji təminatı barədə zəruri məlumatlar verilib və “Alternativ enerji təchizatı variantları” üzrə icra planları və qrafikləri müzakirə olunub. Bundan başqa, enerji sahəsində beynəlxalq nüfuza malik Almanyanın “88K” şirkətinin maye qaz sistemlərinin tətbiqi təcrübəsi üzrə təqdimatları baş tutub. Təqdimatlarda şirkətin həll yolları və tətbiqləri üzrə təcrübəsi nümayiş olunub.

Layihənin əsas məqsədi “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması, hazırlanmış təkliflərn aidiyyəti qurumlara təqdim olunması nəzərdə tutulub.