Alparslan Bayraktar: "Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb"

Alparslan Bayraktar: "Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb" Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb.
Energetika
2 İyun , 2022 10:18
Alparslan Bayraktar: Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb
Alparslan Bayraktar

Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb.

“Report”un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

Onun sözlərinə görə, son 3 il öncə Türkiyənin təbii qaza olan tələbatı 50 milyard kubmetrdən artıq 60 milyard kubmetrə çatır: “Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70 %-i idxal edilir”.

Nazir müavini qeyd edib ki, Türkiyənin qaz idxal etdiyi əsas qaz ölkəsi Rusiyadır: “Son zamanlar da ABŞ ölkəmizə qaz ixracında ilk üçlükdə yer alır. Türkiyə Trans-Anadolu Qaz Boru (TANAP) xəttinə böyük önəm verir. Amma bununla belə alternativ qaz mənbələri də axtarmaqda davam edir”.

A. Bayraktar bildirib ki, hazırda Türkiyə bu enerji tələbatını ödəmək üçün müxtəlif enerji mənbələrinə, xüsusilə alternativ və bərpa olunan enerjiyə üstünlük verir.

Son xəbərlər

Orphus sistemi