Almaniya kansleri: "Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq"

Almaniya kansleri: "Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq" "Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk"
Energetika
25 Avqust , 2018 23:55
Almaniya kansleri: Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq

Bakı. 25 avqust. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi