Almaniya Azərbaycana qaz sayğaclarının tədarükünü kəskin artırıb

Energetika
  • 19 aprel, 2022
  • 08:45
Almaniya Azərbaycana qaz sayğaclarının tədarükünü kəskin artırıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 3,56 milyon ABŞ dolları dəyərində 75 min 095 ədəd qaz sayğacı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,1 %, kəmiyyət olaraq – 35,3 % azdır.

Hesabat dövründə Çindən 3,4 milyon ABŞ dolları dəyərində 72 min 560 ədəd, Türkiyədən 106,17 min ABŞ dolları dəyərində 2 min 347 ədəd, Slovakiyadan 11,71 min ABŞ dolları dəyərində 40 ədəd, Almaniyadan 42,87 min ABŞ dolları dəyərində 148 ədəd cihaz gətirilib.

Ötən ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Çindən idxal müvafiq olaraq 21,3 % və 35,7 % azalıb, Türkiyədən – 11,7 % və 26,9 % azalıb, Slovakiyadan – 9,3 % azalıb və 2 dəfə artıb, Almaniyadan – 12 dəfə və 74 dəfə artıb.