Aleksandr Novak: "2040-cı ilə qədər dünyanın enerji istehlakı 25% artacaq"

Aleksandr Novak: "2040-cı ilə qədər dünyanın enerji istehlakı 25% artacaq" Rusiyanın energetika naziri: "Dünya enerji sektorunda bir anlıq inqilab olmayacaq"
Energetika
10 İyul , 2017 13:02
Aleksandr Novak: 2040-cı ilə qədər dünyanın enerji istehlakı 25% artacaq

Bakı. 10 iyul. REPORT.AZ/ "Dünya enerji sektorunda bir anlıq inqilab olmayacaq".

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak İstanbulda keçirilən Dünya Neft Konqresində deyib.

"Qarşıdakı 20 ildə dünya əhalisi artacaq, inkişaf etməkdə olan ölkələrdə elektrikləşdirmə davam edəcək. ÜDM artacaq və bu amil əhalinin rifahına müsbət təsir edəcək. Səhiyyə və kənd təsərrüfatı sahəsində uğurlar yaşam müddətini artıracaq, bu həm də enerji istehlakının artırılmasını zəruri edəcək. Beləliklə, 2040-cı ilədək enerji istehlakı 25% artacaq", - A.Novak bildirib.

Onun sözlərinə görə, 20 il sonra enerji sektorundakı vəziyyət bugünkündən çox fərqli olacaq.

Nazir, həmçinin hazırda enerji bazarında mütləq şəffaflıq, məlumata çıxış imkanı, bu istiqamətdə texnoloji nailiyyətlər olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi