Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək

Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Kipr sularında “qanunsuz qazma işləri”nə görə Türkiyəyə qarşı sanksiyalar tətbiqini razılaşdırıblar.
Energetika
117
14 Oktyabr , 2019 18:03
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Kipr sularında “qanunsuz qazma işləri”nə görə Türkiyəyə qarşı sanksiyalar tətbiqini razılaşdırıblar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Lüksemburqda əldə edilən razılaşma “Şərqi Aralıq dənizində karbohidrogenlərlə bağlı qanunsuz kəşfiyyat fəaliyyətlərində məsuliyyət daşıyan və ya iştirak edən fiziki və hüquqi şəxsləri hədəfə alan məhdudlaşdırıcı tədbirlərin çərçivə rejimi”nin tətbiqini nəzərdə tutur.

İndi də Aİ xarici siyasətinin bununla bağlı təkliflər verməsinin zəruri olduğu bildirilir.

Bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin qitə şelfində, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti hökumətinin TPAO-ya lisenziya verdiyi ərazilərdə qazma işləri apardıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi