Aİ rəsmisi: "Cənub Qaz Dəhlizinin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular"

Aİ rəsmisi: "Cənub Qaz Dəhlizinin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular" Bakı. 13 iyun. REPORT.AZ/ Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallığa çevrilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün xoşbəxt andır.
Energetika
13 İyun , 2018 12:12
Aİ rəsmisi: Cənub Qaz Dəhlizinin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular
Aİ-nın Azərbaycandakı nümayəndəliiyinin rəhbərinin müavini Denis Daniilidis / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallığa çevrilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün xoşbəxt andır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis deyib.

Onun sözlərinə görə, növbəti addım Trans Adriatik Boru Kəmərinin (TAP) açılış mərasimi olacaq. 

D.Daniilidis Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin vaxtında həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib: "CDQ-nin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular. Bu, həmçinin hər bir tərəfin bu layihənin həyata keçirilməsi üçün səylərini birləşdirməsi üçün siqnal oldu. CDQ Azərbaycanı və Aİ-ni birləşdirən layihədir. Gəlin, bu cür layihələrin çox olmasına çalışaq". 

Son xəbərlər

Orphus sistemi