Mənbə: Avropa İttifaqının Qaz Direktivinə dair səsvermə martın 18-dən sonra keçiriləcək

Mənbə: Avropa İttifaqının Qaz Direktivinə dair səsvermə martın 18-dən sonra keçiriləcək Sənədin yeni variantında “Şimal axını-2” qaz kəmərinin bir hissəsini “Qazprom”dan alınması nəzərdə tutulur
Energetika
15 Mart , 2019 18:28
Mənbə: Avropa İttifaqının Qaz Direktivinə dair səsvermə martın 18-dən sonra keçiriləcək

Avropa İttifaqının Qaz Direktivinə düzəlişlər layihəsinə dair Avropa Parlamentində (AP) keçiriləcək səsvermənin dəqiq tarixi martın 18-dən sonra açıqlanacaq. Həmin gün sənəd AP-nin Sənaye komitəsində səsə qoyulacaq.

“Report” xəbər verir ki, bu barədə TASS-a bildirən mənbənin dediyinə görə, səsvermənin Avropa Parlamentinin 3-4 aprel tarixli plenum sessiyasında keçirilməsi daha çox ehtimal olunur.

“Avropa Parlamentinin sessiyasındakı səsvermənin tarixi hələlik təyin edilməyib. Fikrimizcə, bu tarix martın 18-də direktivin AP-nin komitəsi tərəfindən təsdiqindən sonra bəlli olacaq. Ondan sonra da növbəti seçkiləri 23-26 may tarixlərində keçiriləcəyi Avropa Parlamentinin indiki üzvlərinin mandat müddəti başa çatanadək elə də çox vaxt qalmır. 3-4 aprel sessiyası işçi variantdır, hələlik təsdiqlənməyib”, – deyə mənbə qeyd edib.

Aİ-nin Qaz Direktivinin yeni variantında “Şimal axını 2” qaz kəməri infrastrukturunun 50 faizini alternativ mənbələrindən qaz nəqli üçün istifadəsi və kəmərin bu hissəsini “Qazprom”dan asılı olmayan operatora verilməsi nəzərdə tutulur.

“Rossiyskaya qazeta” nəşrinə görə, Rusiyadan Almaniyaya sözügedən qaz kəmərinin tikintisində iştirak edən şirkətlər qrupu Almaniyanın ərazi sularında kəmərin çəkiləcək 50 kilometrlik hissəsini ayrıca şirkətə verilməsi variantını müzakirə edir. Bu yolla layihənin Avropa qanunları tərəfindən sərt tənzimlənməməsinə, o cümlədən sərtləşdirilən Qaz Direktivinin bütün layihəyə şamil olunmamasına nail olmaqa hədəflənir. “Financial Times” adı çəkilməyən üç mənbəyə istinadən bu barədə xəbər verir ki, 50 kilometrlik həmin sualtı hissə Avropa qanunlarına tabe olacağı, qalan 1200 kilometrlik hissə isə Avropa İttifaqı qanunlarının hökmündən kənarda qalacağı güman edilir.

Hələlik “Şimal axını 2” layihəsini bölmək təklifinin Almaniya operatorları ilə müzakirə olunmadığı da qeyd olunur. Layihənin rəsmi operatoru olan “Nord Stream 2 AG” və Almaniya İqtisadiyyat Nazirliyi Qaz Direktivinin yekun variantının hələ qüvvəyə minmədiyini əsas gətirərək şərh verməyib.

Son xəbərlər

Orphus sistemi