Aİ ölkələrinin Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlanıb

Energetika
  • 10 oktyabr, 2024
  • 10:01
Aİ ölkələrinin Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlanıb

Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar-iyul aylarında Azərbaycandan 9,107 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin 7 ayının göstəricisindən 28,5 % azdır.

“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük olunan neftin dəyəri 5 milyard 671,352 milyon avro (illik 24,7 % azalma) təşkil edib.

Yanvar-iyul aylarında Azərbaycandan ən çox neft idxal edən Aİ ölkələrinin ilk beşliyində İtaliya (2 milyard 790,051 milyon avro dəyərində (- 30,3 %) 4,526 milyon ton (- 34,1 %), Çexiya 923,121 milyon avro dəyərində (+38,2 %) 1,475 milyon ton (+34,5 %), Portuqaliya 422,786 milyon avro dəyərində (+1,9 dəfə) 677,712 min ton (+1,9 dəfə), Almaniya 413,55 milyon avro dəyərində (+37,9 %) 658,522 min ton (+28,7 %) və Xorvatiya 382,651 milyon avro dəyərində (+4,9 %) 606,881 min ton (-5 %) yer alıb.

İyulda Azərbaycan neftinin alıcılarının ilk beşliyinə aşağıdakı ölkələr daxil olub: İtaliya - 534,348 milyon avro məbləğində 858,643 min ton, Çexiya - 139,626 milyon avro məbləğində 231,04 min ton, Almaniya - 94,001 milyon avro məbləğində 148,902 min ton, Portuqaliya - 87,283 milyon avro məbləğində 137,97 min ton, İspaniya - 57,808 milyon avro məbləğində 89,816 min ton.

"Eurostat"ın məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Azərbaycandan təxminən 12,4 milyard avro məbləğində (2022-ci illə müqayisədə 18 % az) 20,3 milyon tona yaxın neft (2,6 % çox) idxal edib.

Son xəbərlər

Bütün Xəbər Lenti