Aİ ölkələrinin 8 ayda Azərbaycandan idxal etdiyi qazın həcmi açıqlanıb
- 31 oktyabr, 2024
- 08:57
Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % - 330,264 min teracoula qədər artırıb.
Bu barədə “Report”a Aİ-nin Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.
Hesabat dövründə Aİ ölkələri Azərbaycandan 2 milyard 768,721 milyon avro dəyərində (1,5 dəfə azalıb) qaz idxal edib.
Avqustda Aİ ölkələri Azərbaycandan qaz idxalını 19,4 % - 32,499 min teracoula qədər artırıb və bu məqsədlər üçün 284,552 milyon avro (2023-cü ilin avqust ayı ilə müqayisədə 13,1 % azalıb) yönəldib.
“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,2 milyard avro dəyərində (2,5 dəfə azalıb) 492,9 min teracoul təbii qaz (2,5 % artıb) idxal edib.