Aİ ölkələrinin 7 ayda Azərbaycandan idxal etdiyi qazın həcmi açıqlanıb

Energetika
  • 04 oktyabr, 2024
  • 11:13
Aİ ölkələrinin 7 ayda Azərbaycandan idxal etdiyi qazın həcmi açıqlanıb

Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan bu ilin yanvar-iyul aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 % - 297,765 min teracoula qədər artırıb.

Bu barədə “Report”a Aİ-nin Statistika İdarəsindən (“Avrostat”) məlumat verilib.

Hesabat dövründə Aİ ölkələri Azərbaycandan 2 milyard 484,2 milyon avro dəyərində (azalma 35,5 %) qaz idxal edib.

İyulda Aİ ölkələri Azərbaycandan qaz idxalını 7,2 % - 43,244 min teracoula qədər artırıb və bu məqsədlər üçün 398,469 milyon avro (2023-cü ilin iyul ayı ilə müqayisədə azalma 0,2 %) yönəldib.

Qeyd edək ki, “Avrostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,2 milyard avro dəyərində (azalma 2,5 dəfə) 492,9 min teracoul təbii qaz (artım 2,5 %) idxal edib.

Son xəbərlər

Bütün Xəbər Lenti