Aİ komissarı: "CQD üzrə birgə bəyannamənin imzalanması Avropanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımdır"

Aİ komissarı: "CQD üzrə birgə bəyannamənin imzalanması Avropanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımdır" Bakı. 20 fevral. REPORT.AZ/ Bu, Avropanın enerji mənbələrinin və marşrutların daha da şaxələndirilməsi istiqamətində mühüm addımdır.
Energetika
747
20 Fevral , 2019 15:32
Aİ komissarı: CQD üzrə birgə bəyannamənin imzalanması Avropanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımdır

Bakı. 20 fevral. REPORT.AZ/ "Bu, Avropanın enerji mənbələrinin və marşrutların daha da şaxələndirilməsi istiqamətində mühüm addımdır".

"Report" Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Öttinger Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısınında birgə bəyannamənin imzalanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə istifadə etməlidirlər və ən qısa zamanda güclərin azı iki dəfə artırılmasını nəzərdən keçirməlidirlər.

Son xəbərlər

Orphus sistemi