Aİ komissarı: "Bərpa olunan enerji üzrə əməkdaşlıq COP29-da nəzərdən keçiriləcək"

Aİ komissarı: "Bərpa olunan enerji üzrə əməkdaşlıq COP29-da nəzərdən keçiriləcək" Avropa İttifaqı (Aİ) üçün bərpa olunan enerjinin inkişaf etdirilməsi və tətbiqi üzrə əməkdaşlıq xüsusilə vacibdir ki, bu məsələlər də bu ilin sonunda Bakıda keçiriləcək COP29-da nəzərdən keçiriləcək.
Energetika
1 Mart , 2024 09:44
Aİ komissarı: Bərpa olunan enerji üzrə əməkdaşlıq COP29-da nəzərdən keçiriləcək

Avropa İttifaqı (Aİ) üçün bərpa olunan enerjinin inkişaf etdirilməsi və tətbiqi üzrə əməkdaşlıq xüsusilə vacibdir ki, bu məsələlər də bu ilin sonunda Bakıda baş tutacaq COP29-da nəzərdən keçiriləcək.

Bunu “Report”a müsahibəsində Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir: “2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təkcə Avropaya alternativ qaz tədarükünün təhlükəsizliyini təmin etmir, eyni zamanda enerji səmərəliliyi və təmiz enerji üzrə uzunmüddətli tərəfdaşlığın əsasını qoyub. Bu, Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan "RePowerEU" planı çərçivəsində şaxələndirmə hədəflərinə də töhfə verəcək və Avropanın Rusiya qazından asılılığını sona çatdırmağa kömək edəcək”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi