Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya Qara dəniz sualtı elektrik ötürücü xətti (Qara dəniz enerji kabeli) layihəsində iştirak etməyə çağırıb və İrəvana nüvə təhlükəsizliyində yardım vəd edib.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın Qranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə
“Avropa Komissiyası Ermənistanın Qara dəniz enerji kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək. Avropa Komissiyası Ermənistana hava və nüvə təhlükəsizliyi sahəsində texniki yardımı genişləndirəcək”, - sənəddə diqqətə çatdırılıb.