Yuxarı
    Bağlamaq

    Ağsu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

    Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Albalı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ağsu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Ağsu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                               

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi