Yuxarı

Ağsu rayonunun Kalva kəndinə qaz verilib

SOCAR prezidenti: Ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək

Bakı. 30 iyul. REPORT.AZ/  Ağsu rayonunun Kalva kəndinə ilk dəfə təbii qaz verilib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 484 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38 923 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması Azərbaycan xalqının rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi