​Ağsu rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

​Ağsu rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib 39 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
3 Aprel , 2015 15:11
​Ağsu rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Ağsu rayonunun Maşadqanlı və Qarabağlı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

102 abonenti olan Maşadqanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 005 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 102 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 39 abonenti olan Qarabağlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 4150 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 39 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi