Yuxarı

Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verilib
Yaxın günlərdə rayonun daha 4 kəndinə qazın verilişi təmin ediləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qaz verilib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi