Ağdaşın Orta Ləki kəndinə qaz verilib

Energetika
  • 25 dekabr, 2018
  • 10:43
Ağdaşın Orta Ləki kəndinə qaz verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Ağdaş rayonunun Orta Ləki kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 403 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 40 806 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.