Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
16 Noyabr , 2016 10:19
Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                              

Son xəbərlər

Orphus sistemi