Ağdam və Salyanın yaşayış məntəqələrinə qaz verilib

Ağdam və Salyanın yaşayış məntəqələrinə qaz verilib Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Ağdam rayonunun Mirzələr qış otlağı ərazisinə və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə və Salyan rayonunun Peyk kəndinə ilk dəfə təbii qaz verilib.
Energetika
1 Noyabr , 2018 17:48
Ağdam və Salyanın yaşayış məntəqələrinə qaz verilib
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Ağdam rayonunun Mirzələr qış otlağı ərazisinə və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə və Salyan rayonunun Peyk kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdam rayonunda keçirilən tədbirdə bildirilib ki, ümumilikdə, 388 fərdi evdən ibarət olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 072 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Salyan rayonunda da qeyd edilib ki, 232 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 31 013 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi