Ağcabədi rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Ağcabədi rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib Bakı. 8 noyabr. REPPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Energetika
8 Noyabr , 2017 16:23
Ağcabədi rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib
Azeriqaz104.az

Bakı. 8 noyabr. REPPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 732 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 022 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 33 737 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi