ADB “Şahdəniz-2” üzrə layihə menecerini dəyişib

ADB “Şahdəniz-2” üzrə layihə menecerini dəyişib Məlumata görə, Bankın adıçəkilən layihə üzrə meneceri Roland Pladet olacaq
Energetika
19 Oktyabr , 2016 15:52
ADB “Şahdəniz-2” üzrə layihə menecerini dəyişib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) “Azərbaycanın "Şahdəniz" qaz yatağının genişləndirilməsi Layihəsi”ndəki meneceri dəyişib. Bu barədə məlumatı “Report”a ADB-nin Bakıdakı ofisindən də təsdiq ediblər.

Məlumata görə, Bankın adıçəkilən layihə üzrə meneceri xanım Meqan Volfu (Megan Wolf) Roland Pladet əvəz edib.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) çoxtranşlı maliyyələşmə (MFF) çərçivəsində Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" (Azərbaycanın "Şahdəniz" qaz yatağının genişləndirilməsi layihəsi) layihələrini maliyyələşdirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi