ADA Universitetinin SOCAR əməkdaşları üçün keçirdiyi təlimin iştirakçıları sertifikat alıb

ADA Universitetinin SOCAR əməkdaşları üçün keçirdiyi təlimin iştirakçıları sertifikat alıb ​​​​​​​ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları üçün təşkil edilən yeddi aylıq “Liderlik məharəti – orta xətt rəhbərlərin səlahiyyətləndirilməsi” mövzusundakı təlim proqramı yeku
Energetika
11 İyul , 2024 10:36
ADA Universitetinin SOCAR əməkdaşları üçün keçirdiyi təlimin iştirakçıları sertifikat alıb

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları üçün təşkil edilən yeddi aylıq “Liderlik məharəti – orta xətt rəhbərlərin səlahiyyətləndirilməsi” mövzusundakı təlim proqramı yekunlaşıb.

“Report”un məlumatına görə, bu münasibətlə ADA Universitetində proqramı uğurla başa vuran 151 iştirakçıya sertifikatlar təqdim edilib.

Mərasimdə ADA Universitetinin İcraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edib, iştirakçıları öyrənmə və peşəkar inkişaf dövrü olan bu təlim proqramını uğurla başa vurmaları münasibətilə təbrik edib. Prorektor qeyd edib ki, ADA-SOCAR əməkdaşlığı yalnız təlim proqramları ilə məhdudlaşmır. SOCAR-da baş verən transformasiya bilik mübadiləsi və davamlı tədris kimi elementləri özündə ehtiva etdiyindən, ADA-SOCAR əməkdaşlığı da mütəmadi olaraq genişlənir. Sözügedən əməkdaşlıq beynəlxalq konfransların təşkilini, habelə istər Bakıda, istərsə də regionlardakı layihələrin icrasında birgə fəaliyyəti əhatə edir.

Mərasimdə çıxış edən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova bildirib ki, təlim proqramı SOCAR-ın kadr potensialının davamlı inkişafını və onların peşəkar şəbəkələşməsini dəstəkləmək məqsədilə təşkil edilib. Nərgiz İsmayılova söyləyib ki, yeddi ay ərzində davam edən proqrama müxtəlif seqmentləri, lakin vahid SOCAR komandasını təmsil edən əməkdaşlar qoşulublar. Onlar yeddi modul üzrə həm akademik sektoru, həm də sənayeni təmsil edən peşəkarlar tərəfindən tədris edilən mühazirələrdə və komanda işini təşviq edən sessiyalarda iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA-SOCAR əməkdaşlığının artıq tərəfdaşlığa çevrildiyini vurğulayıb, hər iki qurumun qarşılıqlı şəkildə bir-birinin korporativ maraqlarını nəzərə almasını bu tərəfdaşlığa əlavə dəyər kimi qiymətləndirib. İki qurum arasındakı əlaqələri sənaye-universitet tərəfdaşlığının nümunəsi kimi təqdim edən Z. Mustafayeva SOCAR-da transformasiyanın daimi proses olduğunu ifadə edib. Əlavə edib ki, təlim proqramlarının təşkili bu transformasiyanın əsas elementi və əməkdaşların inkişafı üçün sərmayedir.

Mərasim zamanı proqram iştirakçıları adından Nigar Məmmədzadə və Zaur Cəfərov çıxış edərək öz təcrübələrini bölüşüblər.

Xatırladaq ki, təlim proqramı ərzində çətinliyin və dəyişikliyin idarə olunması, məsuliyyət, sahiblik, əməkdaşlıq, komanda işi və davamlı inkişaf təfəkkürünün aşılanması, gələcəyə yönələn qərarların verilməsi, eləcə də təhlükəsiz, rifah, empatiya və qayğı mühitində idarəetmə kimi fərqli mövzuları əhatə edən sessiyalar təşkil edilib.

Son xəbərlər

Orphus sistemi