“ACWA Power”in rəhbəri: "Digər ölkələr Azərbaycandan nümunə götürsün"

“ACWA Power”in rəhbəri: "Digər ölkələr Azərbaycandan nümunə götürsün" “Biz indiyə qədər 12 ölkə ilə əməkdaşlıq etmişik, amma Azərbaycanla əməkdaşlıq çərçivəsində bu ölkədən olan tərəfdaşlarımızın peşəkarlıq və obyektivliyini xüsusi qeyd etməliyik”.
Energetika
29 Dekabr , 2020 17:51
“ACWA Power”in rəhbəri: Digər ölkələr Azərbaycandan nümunə götürsün
Mohammad Abunayyan

“Biz indiyə qədər 12 ölkə ilə əməkdaşlıq etmişik, amma Azərbaycanla əməkdaşlıq çərçivəsində bu ölkədən olan tərəfdaşlarımızın peşəkarlıq və obyektivliyini xüsusi qeyd etməliyik”.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimində çıxış edən “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan deyib.

O, layihənin təməlqoyması gələn ilin mart ayında olacaq: “Biz bir sıra ölkələrdə qazandığımız təcrübəni burada maksimum tətbiq etməyə çalışırıq. Bu, mütərəqqi bir layihədir. COVID-19 fonunda biz işimizi ləngitməməli, əksinə, sürətləndirməliyik. Həmçinin bilirsiniz ki, Azərbaycan bir müddət öncə məlum müharibədə iştirak etdi. Amma bu müharibə də bizim layihənin gedişinə təsir etmədi. Hesab edirəm ki, enerji sektoruna daha çox sərmayə qoyulmalıdır. Səudiyyə Ərəbistanı şirkəti olaraq biz bundan qürur duyuruq. Əminəm ki, bu müqavilənin imzalanması digər sahələrin də inkişafına müsbət təsir edəcək. Onu da qeyd edim ki, bu layihənin icrasında Azərbaycanın insan resurslarından istifadə etməkdə israrlıyıq. Digər ölkələrə də demək istəyirəm ki, Azərbaycandan nümunə götürsün. Bu ölkə layihələri vaxtında icra edir".

Son xəbərlər

Orphus sistemi