AÇG-də yeni platformanın inşası çərçivəsində iki müqavilə imzalanıb

AÇG-də yeni platformanın inşası çərçivəsində iki müqavilə imzalanıb BP Exploration Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində Mərkəzi-Şərqi Azəri platformasının tikintisi layihəsi üçün Subsea7 şirkəti ilə ümumi dəyəri 50 milyondan 150 milyon dollara qədər olan iki müqavilə imzalayıb.
Energetika
1 Oktyabr , 2019 12:15
AÇG-də yeni platformanın inşası çərçivəsində iki müqavilə imzalanıb

"BP Exploration" Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində "Mərkəzi-Şərqi Azəri" platformasının tikintisi layihəsi üçün "Subsea7" şirkəti ilə ümumi dəyəri 50 milyondan 150 milyon dollara qədər olan iki müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Subsea7" şirkətinin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

Müqavilə çərçivəsində sualtı qurğuların layihələndirilməsi və istehsalı, çarxların daşınması və quraşdırılması, 16200 ton daşıma qabiliyyəti olan dayaq blokunun işə salınması və 18500 ton daşıma qabiliyyəti olan üst tikilinin quraşdırılması nəzərdə tutulur. "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində, təxminən, 140 metr dərinlikdə "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında hasilat, qazma platforması və yaşayış bloku inşa ediləcək.

"BOS Shelf" avadanlıqların istehsalına, logistikasına və dəstəyinə cavabdeh olacaq.

Mühəndislik işləri "Subsea7" şirkətinin Fransadakı ofisindən aparılır və yatağın dənizdə istifadəyə verilməsinin 2021–2022-ci illərdə baş tutacağı gözlənilir.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Bu il aprelin 19-da “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln.barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

Son xəbərlər

Orphus sistemi