AÇG yatağında yeni platforma üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb

AÇG yatağında yeni platforma üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə iş proqramı çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.
Energetika
19 Sentyabr , 2018 09:13
AÇG yatağında yeni platforma üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə iş proqramı çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.

“Report” xəbər verir ki, bu barədə BP şirkəti AÇG-də Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) üzrə Podratçı Tərəflərin adından operator kimi elan edib.

“Azəri Mərkəzi Şərqi” layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. ƏMSSTQ sənədində “Azəri Mərkəzi Şərqi” layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilib.

“Azəri Mərkəzi Şərqi” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Azəri Mərkəzi Şərqi” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

AMŞ layihəsinin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin www.bp.com/caspian vebsaytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi