AÇG və “Şahdəniz”dən 565 mln tondan çox neft hasil edilib

AÇG və “Şahdəniz”dən 565 mln tondan çox neft hasil edilib “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 iyun tarixinədək təqribən 564,7 mln ton neft (kondensatla birlikdə) ixraca nəql edilib
Energetika
25 İyun , 2021 13:43
AÇG və “Şahdəniz”dən 565 mln tondan çox neft hasil edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyunun 1-dək təqribən 565 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 533 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 iyun tarixinədək təqribən 564,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi