AÇG üzrə əməliyyat və əsaslı xərclər azalıb

AÇG üzrə əməliyyat və əsaslı xərclər azalıb Bu ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 5,3 %, əsaslı xərclər isə 11,3 % azdır
Energetika
29 Aprel , 2021 14:04
AÇG üzrə əməliyyat və əsaslı xərclər azalıb

Bu ilin birinci rübü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 142 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 463 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 5,3 %, əsaslı xərclər isə 11,3 % azdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi