AÇG-nin yeni platformasında geotexniki tədqiqat aparacaq şirkətlə müqavilə imzalanıb

AÇG-nin yeni platformasında geotexniki tədqiqat aparacaq şirkətlə müqavilə imzalanıb Bakı. 8 fevral. REPORT.AZ/ Avstraliyanın “Benthic” şirkəti (Hyustondakı törəməsi) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə yeni saziş çərçivəsində inşası nəzərdə tutulan “Mərkəzi-Şərqi Azəri” platformasının quraşdırılması təklif olunan ərazisində geotexniki tədqiqat işləri həyata keçirəcək.
Energetika
8 Fevral , 2018 12:15
AÇG-nin yeni platformasında geotexniki tədqiqat aparacaq şirkətlə müqavilə imzalanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Avstraliyanın “Benthic” şirkəti (Hyustondakı törəməsi) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə yeni saziş çərçivəsində inşası nəzərdə tutulan “Mərkəzi-Şərqi Azəri” platformasının quraşdırılması təklif olunan ərazisində geotexniki tədqiqat işləri həyata keçirəcək.

“Report” xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb.

“Benthic” şirkəti geotexniki işləri bu ilin I rübündə “Topaz Caspian Supporter” gəmisindən aparacaq.

Qeyd olunub ki, uzaqdan idarə olunan portativ qurğu müvafiq məlumatları toplayacaq. Dəniz əməliyyatları və laboratoriya testləri tamamlandıqdan sonra müvafiq geotexniki məlumatlar hazırlanacaq.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni platformadan ilk neft hasilatına, təxminən, 2023-cü ildə başlanacaq.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi