AÇG layihəsinə I yarımillikdə 1,1 mlrd. dollar xərclənib

AÇG layihəsinə I yarımillikdə 1,1 mlrd. dollar xərclənib Əməliyyat məsrəfləri 260 mln. dollar, əsaslı məsrəflər isə 828 mln. dollar olub
Energetika
22 Avqust , 2016 15:15
AÇG layihəsinə I yarımillikdə 1,1 mlrd. dollar xərclənib

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə təqribən 260 mln. ABŞ dolları həcmində əməliyyat məsrəfləri və 828 mln. dollar əsaslı məsrəflər xərclənib.

"Report" bu barədə yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.

Bu ilin I yarısında layihəyə çəkilən əməliyyat məsrəfləri ötən ilin müvafiq dövründən 27,6%, əsaslı məsrəflər isə 12,8% az olub.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi