Bakı. 14 oktyabr. REPORT.AZ/ "Azəri-Çıraq-Günəşli" yatağı işlənməyə başlayandan indiyədək 381 mln.ton neft hasil olunub. "Report" xəbər verir ki, bu barədə Xəzər-Avropa Klubunun biznes forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
O qeyd edib ki, bu həcmin 208 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. SOCAR-ın vitse-prezidenti bu ilin 9 ayında isə AÇG-dən 23,5 mln. ton neft hasil olunduğunu, bu həcmin 15,5 mln. tonunun isə mənfəət neftinin payına düşdüyünü bildirib: "Bu da ümumi hasilatın 66%-i deməkdir. Göründüyü kimi, mənfəət nefti ilbəil artır. Mənfəət nefti təxminən 75-80%-ə çatacaq".