Bu il AÇG-də 26,6 mln. ton neft hasilatı proqnozlaşdırılır

Bu il AÇG-də 26,6 mln. ton neft hasilatı proqnozlaşdırılır Bakı. 3 yanvar. REPORT.AZ/ 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda xam neft hasilatının həcmi 197,1 mln. barel və ya 26,56 mln. ton proqnozlaşdırılır.
Energetika
3 Yanvar , 2019 15:30
Bu il AÇG-də 26,6 mln. ton neft hasilatı proqnozlaşdırılır

Bakı. 3 yanvar. REPORT.AZ/ 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda xam neft hasilatının həcmi 197,1 mln. barel və ya 26,56 mln. ton proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də qeyd edilib.

Bildirilib ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2018-ci ilin göstəricisinə nisbətən (204,4 mln. barel) 7,3 mln.barel azdır.

Qeyd edilib ki, 2017-ci il üzrə yataqdan hasilatın həcmi 214,75 mln. barel təşkil edib.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi