Bu gün saat 11:30-dan 14:30-a qədər Abşeron rayonunun Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrinə və Masazır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq.
Bu barədə “Report”a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xəttlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
“Azərişıq” rəsmisi yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyib.