Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusu bağlanıb

Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusu bağlanıb ​​​​​​​Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) layihəsi üzrə üçüncü geoloji-kəşfiyyat quyusu 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib
Energetika
13 İyun , 2022 17:51
Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusu bağlanıb

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) layihəsi üzrə üçüncü geoloji-kəşfiyyat quyusu 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib.

Bu barədə “Report”a Abşeron yarımadası ətrafında dayazsulu hissənin (AYDH) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Məlumata görə, saziş sahəsinin cənub-şərq perspektiv hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirib.

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı və əsas quyunun ümumi dərinliyinin 2 155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2 185 metr dərinlikdə dayandırılıb.

BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25 % iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50 % və Rusiyanın "Lukoil" şirkəti - 25 %.

Son xəbərlər

Orphus sistemi