Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq Sabunçu və Samux rayonlarının bir neçə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
26 Avqust , 2016 17:21
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 29-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Maştağa”, “Nardaran” və “Bolqarıstan”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Bakı şəhəri Sabunçu rayonunun Maştağa, Nardaran, Zabrat-1, Zabrat-2, Bilgəh, Kürdəxanı və Pirşağı, həmçinin Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi