Yuxarı
    Bağlamaq

    ​Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

    Bunun Yeni Zabrat qəsəbəsi və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür

    Bakı. 7 iyun. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Yeni Zabrat və Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi