Yuxarı
    Bağlamaq

    Abşeron torpaqlarının təmizlənməsi layihəsi "Energy Globe" Fondunun mükafatını alıb

    Azərbaycanda Energy Globe mükafatına Azərbaycanın Milli Ekoloji Proqnozlar Mərkəzinin direktoru Telman Zeynalov layiq görülüb

    Bakı. 9 iyun. REPORT.AZ/ "Energy Globe" Fondu Azərbaycanda ən yaxşı milli layihəni seçib. Bu barədə "Report" Avstriya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

    "Energy Globe" Fondu 2000-ci ildən hər il dünyanın təqribən 180 ölkəsindən “Enerji səmərəliliyi”, “Xammalın səmərəli istifadəsi” və “Bərpa olunan enerji” mövzularında ən yaxşı milli layihələri seçir və onları mükafatlandırır.

    Milli mükafatların xaricdə qaliblərə çatdırılması missiyasını adətən Avstriya İqtisadiyyat Palatasının xarici ölkələrdəki nümayəndəlikləri həyata keçirir.

    Bu il Azərbaycanda "Energy Globe" mükafatına “Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi və bərpası” layihəsinə görə Milli Ekoloji Proqnozlar Mərkəzinin direktoru Telman Zeynalov layiq görülüb.

    Mükafatın təqdimetmə mərasimində Avstriyanın Bakıdakı səfirliyinin, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyinin, Avstriya şirkətlərinin Bakıdakı nümayəndəliklərinin və bir sıra KİV-in əməkdaşları iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi