Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq Təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür
Energetika
19 Sentyabr , 2017 18:37
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 millimetrlik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Binəqədi rayonu 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin, eləcə də Motodrom ərazisinin bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi