Yuxarı

​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılır

Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün saat 10:00-dan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin ''Nardaran'' və ''Bolqarıstan'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işlərinə başlanılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri saat 18:00-dək aparılacaq.

Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi