Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
9 Fevral , 2016 18:06
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Səngəçal” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi